Salyanda yol qəzası olub, 4 nəfər xəsarət alıb
Hadisə
- 09 may, 2019
- 04:25
Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün gecə saatlarında yeni Ələt-Astara magistral yolunun Arbatan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yol ilə hərəkətdə olan “Jiquli” markalı avtomobil idarəetməni itirərək mühafizə səddinə çırpılıb. Nəticədə avtomobildə olan Gəncə şəhər sakinləri - 1981-ci il təvəllüdlü Allahverdiyeva Səkinə Abas qızı, 1977-ci il təvəllüdlü Məmmədov Elçin Quzu oğlu, 1992-ci il təvəllüdlü Məmmədov Habil Bəhrəm oğlu və 1989-cu il təvəllüdlü İsmayılov Rauf İsrafil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:13
UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
Futbol09:03
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Hadisə08:59
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.08.2026)
Maliyyə08:53
Nepal-Çin sərhədində baş verən torpaq sürüşməsi nəticəsində 558 nəfər itkin düşüb
Digər ölkələr08:42
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (27.08.2026)
Maliyyə08:42
Məhkəmə Robert Köçəryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib
Region08:34
"Finex Kredit" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə08:17
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur07:40