Salyanda qadın və 4 qızının öldürülməsinə görə cinayət işi başlanılıb, ata və oğul tutulub - RƏSMİ

Salyanda qadın və 4 qızının öldürülməsinə görə cinayət işi başlanılıb, ata və oğul tutulub - RƏSMİ Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir
Hadisə
7 Dekabr , 2017 10:43
Salyanda qadın və 4 qızının öldürülməsinə görə cinayət işi başlanılıb, ata və oğul tutulub - RƏSMİ

Bakı. 7 dekabr. REPORT.AZ/ Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. 

Birgə məlumatda qeyd olunub ki, hazırda insan bədəninin hissələrinin basdırılan yerdən çıxarılma prosesləri aparılır. Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar. 

Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi