Salyanda iki yeniyetməni avtomobil vurub, biri ölüb - YENİLƏNİB

Hadisə
  • 18 dekabr, 2022
  • 15:05
Salyanda iki yeniyetməni avtomobil vurub, biri ölüb - YENİLƏNİB

Salyanda avtomobil 2 yeniyetməni vurub, onlardan biri ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan sakini, 2007-ci il təvəllüdlü Abbasov Əfqan Ramil oğlu aldığı xəsarətlərdən xəstəxanada ölüb, 2010-cu il təvəllüdlü Abbasov Murad Samir oğlu isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

16:37

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakinləri - 2007-ci il təvəllüdlü Abbasov Əfqan Ramil oğlu və onun əmisi oğlu, 2010-cu il təvəllüdlü Abbasov Murad Samir oğlu velosipedlə gedərkən onları avtomobil vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmələr Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.