Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb
Hadisə
- 26 fevral, 2025
- 13:04
Məhkəmə həbsdə olan jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib.
"Report" xəbər verir ki, Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar verib.
Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 5-də "Toplum TV" işi çərçivəsində saxlanılıb. Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay 15 gün müddətində həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.
Son xəbərlər
03:59
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
Digər ölkələr03:22
Kris Rayt: Hörmüz boğazı vasitəsilə gündəlik təxminən 11 milyon barel neft nəql edilir
Digər ölkələr02:45
Rubio: ABŞ Meksikadakı narkokartellərin təhdidinə cavab verməli olacaq
Digər ölkələr02:13
Merts 2028–2034-cü illər üçün Aİ büdcəsinin azaldılmasına çağırış edib
Digər ölkələr01:50
İran XİN: Tehran Fars körfəzinin təhlükəsizliyi prinsipinə sadiqdir
Region01:25
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
Digər ölkələr00:58
Foto
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Sportinq"ə məğlub olub
Futbol00:47
Valdas Dambrauskas: "Mançester Yunayted"lə qarşılaşma Azərbaycan futbolu üçün tarixi hadisədir"
Futbol00:13