Sabunçuda avtomobil motosikletlə toqquşub, xəsarət alanlar var

Hadisə
  • 23 avqust, 2023
  • 02:29
Sabunçuda avtomobil motosikletlə toqquşub, xəsarət alanlar var

Bakının Sabunçu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2001-ci il təvəllüdlü Əliyev Aydın Yusif oğlu və 2005-ci il təvəllüdlü Abbasov Yaşar Elxan oğlunun olduqları motosiklet avtomobillə toqquşub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Fakt araşdırılır.