Sabunçuda 45 yaşlı kişini avtomobil vurub

Hadisə
  • 05 noyabr, 2019
  • 17:57
Sabunçuda 45 yaşlı kişini avtomobil vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Əliyev Nazim Ərdəfil oğlu yolu keçmək istəyərkən onu maşın vurub. 

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.