Sabunçu sakini özünü çardaqdan asaraq intihar edib

Hadisə
  • 11 iyul, 2016
  • 10:14
Sabunçu sakini özünü çardaqdan asaraq intihar edib

Bakı. 11 iyul. REPORT.AZ/ Sabunçu rayonunda intihar hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Pirşağı qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Bağlar massivindəki yeni tikilidə yaşayan 1946-cı il təvəllüdlü İsgəndər Nağıyev yaşadığı evin həyətində çardaqdan özünü iplə asaraq intihar edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.