Yuxarı

Keçmiş icra başçısının qohumu qəza törətdi, 3 nəfər öldü - YENİLƏNİB - 2

​Şabranda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

4807

Keçmiş icra başçısının qohumu qəza törətdi, 3 nəfər öldü

Şabran rayonunda baş verən yol qəzasında ağır yaralanan Cəlal Azad oğlu Babayev də ölüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, o, H.Z.Tağıyev qəsəbəsindəki xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (1995-2007) Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.

Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.


***23:22

Şabranda baş verən ağır yol qəzasında rayon sakinləri Zəkiyev Vüsal Rövşən oğluBabayev Elnur Azad oğlu ölüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Qaraqaşlı kəndində qeydə alınan qəza zamanı digər rayon sakinləri - İsmayıl Zəkiyev, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır.


***23:12

Şabranda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. 

Yol qəzası nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi