Sabirabadda “Jiquli” yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb
Hadisə
- 01 aprel, 2017
- 14:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sabirabad. 1 aprel. REPORT.AZ/ Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə aprelin 1-i günorta saatlarında rayonun Şıxlar kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 50 yaşlı Əliyar Fazil oğlu Musayevin idarə etdiyi “Jiquli” “Kamaz” markalı yük maşını ilə toqquşub. Nəticədə avtomobildə sıxılıb qalmış “Jiquli”nin sürücüsü FHN-in əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:22
ABŞ-də hərbi bazada kütləvi qətldə ittiham olunan şəxs edamın təxirə salınmasını istəyir
Digər ölkələr
04:54
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
Digər ölkələr
04:12
Britaniya və Ukrayna birlikdə hücum dronları istehsal edəcəklər
Digər ölkələr
03:41
Tramp: İranın raket zərbələri endirmək imkanları məhduddur
Digər ölkələr
03:07
SEPAH rəhbəri: İran raketlərinin uçuş məsafəsində məhdudiyyəti yoxdur
Region
02:52
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
Digər ölkələr
02:25
NYT: Hakerlər ABŞ-nin kəşfiyyat sistemlərindən birinin parolunu qırıblar
Digər ölkələr
01:56
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
Futbol
01:41
Tramp Mirziyoyevə ABŞ-nin 250 illiyi münasibətilə hədiyyə edilən çardaqlara görə təşəkkür edib
Digər ölkələr