Saatlıda “Ford” markalı maşın ağaca çırpılıb, sürücü yaralanıb
Hadisə
- 16 avqust, 2018
- 00:02
Saatlı. 16 avqust. REPORT.AZ/ Saatlıda 1 nəfərin ağır bədən xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, rayonun Şirinbəy kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Pərviz Musa oğlu idarə etdiyi “FORD” markalı ərzaq daşıyan maşınla hərəkətdə olarkən anidən idarəetməni itirib, avtomobil yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb edilmiş FHN-ni xilasediciləri tərəfindən maşında sıxılmış vəziyyətdə qalan P. Məmmədov çıxarılaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:47
Foto
Anar Quliyev Tərtərdə vətəndaşları qəbul edib
İnfrastruktur11:44
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
Futbol11:42
Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb
Hadisə11:38
Foto
Xankəndidə Şəhər Gününə hazırlıq gedir
Daxili siyasət11:33
Foto
Video
Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur
Energetika11:25
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB
Hadisə11:24
Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar proqnozu 20 % artırılır
Maliyyə11:21
Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyasının açılışı olub
Xarici siyasət11:11
Foto