Saatlıda baş vermiş qəzada ana və 1 yaşlı oğlunun öldüyü məlum olub - YENİLƏNİB

Saatlıda baş vermiş qəzada ana və 1 yaşlı oğlunun öldüyü məlum olub - YENİLƏNİB Saatlı. 11 noyabr. REPORT.AZ/ Gecə saatlarında Saatlı rayonunun Bəylik kəndində yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.
Hadisə
11 Noyabr , 2018 09:30
Saatlıda baş vermiş qəzada ana və 1 yaşlı oğlunun öldüyü məlum olub - YENİLƏNİB
Foto: "Report"

Saatlı. 11 noyabr. REPORT.AZ/ Gecə saatlarında Saatlı rayonunun Bəylik kəndində yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, bunlar 1991-ci təvəllüdlü Qəmbərova Kəmalə Mahir qızı və onun 1 yaşlı oğlu Rauf Qəmbərovdur.

Hadisə 1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlunun idarə etdiyi “Opel” markalı avtomobilin yol kənarındakı dirəyə çırpılması nəticəsində baş verib.


***02:13

Saatlı. 11 noyabr. REPORT.AZ/ Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bəylik kəndinin ərazisində qeydə alınıb.

"Opel" markalı avtomobilin aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. Hazırda ölənlərin kimliyi və hadisənin təfərrüatları aydınlaşdırılır.

Faktla bağlı ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi