Saatlıda avtoqəzada ölən 7 yaşlı uşaq sürücünün bacısı olub - YENİLƏNİB

Hadisə
  • 08 oktyabr, 2026
  • 11:29
Saatlıda avtoqəzada ölən 7 yaşlı uşaq sürücünün bacısı olub - YENİLƏNİB

Saatlıda oktyabrın 7-si saat 20:45 radələrində baş verən avtoqəzada ölən 7 yaşlı uşaq sürücünün bacısı olub.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, avtoqəza nəticəsində Rəhman Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişinlər – sürücünün anası və 7 yaşlı bacısı xəsarət alıb.

Onlar xəstəxanaya çatdırılsa da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb sürücünün yolun qadağan olunan hissəsində ötmə əməliyyatı icra etməsi, həmçinin sürət həddini, yol və hava şəraitini düzgün qiymətləndirməməsidir.

Saatlıda minik avtomobili işıq dirəyinə çırpılıb, sərnişin ölüb.

"Report" xəbər verir ki, 2003-cü il təvəllüdlü Rəhman Möhsüm oğlu Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobili Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra isə dəmir-beton hasara çırpılıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - Könül Mirzağa qızı Məmmədova və Bahar Möhsüm qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, Bahar Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

44 - Tezliklə