Rusiyanın Azərbaycandakı Səfirliyi partlayışla bağlı başsağlığı verib

Hadisə
  • 03 aprel, 2022
  • 10:03
Rusiyanın Azərbaycandakı Səfirliyi partlayışla bağlı başsağlığı verib

Rusiyanın Azərbaycandakı Səfirliyi Bakıda gecə klubundakı partlayışla bağlı başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə Səfirlik tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Bakıda baş vermiş faciəvi partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Həmçinin zərərçəkənlər arasında Rusiya vətəndaşlarının olub-olmadığı müəyyənləşdirilir".