Rusiyadan gələn vətəndaşda ov silahının hissələri aşkarlanıb
Hadisə
- 13 dekabr, 2018
- 10:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E270 CDI" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Komitədən “Report”a verilən məlumata görə, nəqliyyat vasitəsində olan yüklərə baxış zamanı 2 ədəd elektrikli qızdırıcı radiatorun birinin içərisindən "Baikal ИЖ 43M" markalı ov silahının lüləsi və 32 ədəd boş dəmir gilizlər, digər radiatorun içərisindən isə həmin ov silahının qundaq hissəsi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:29
Azərbaycan ilə Çin arasında imzalanmış beynəlxalq avtomobil daşımaları haqqında saziş ratifikasiya ediləcək
Milli Məclis
10:16
Foto
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Xarici siyasət
10:16
Dağlıq ərazilərə qar yağıb - Faktiki hava
Ekologiya
10:14
Ruandanın 20 vətəndaşı Azərbaycanda ali təhsil alacaq
Elm və təhsil
10:12
Yevlaxda avtomobil yük maşını ilə toqquşub, iki nəfər ölüb
Hadisə
10:11
"Sabah" UEFA bayrağı altında keçirdiyi 14 ev oyununda heç-heçə etməyib
Futbol
10:00
Foto
Nazir: "Çinlə tərəfdaşlıq "təmiz enerji" üzrə birgə layihələrin inkişafına təkan verir"
Energetika
09:58
DSMF: Oktyabrda ailə başçısını itirməyə görə 190 mindən çox şəxsə pensiya və müavinət ödənilib
Maliyyə
09:52
"Fitch" "Cənub Qaz Dəhlizi"nin reytinqini təsdiqləyib
Energetika