Rusiyada axtarışda olan azərbaycanlı tutulub
- 05 iyun, 2015
- 00:19
Bakı. 05 İyun. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyinin Amur vilayəti üzrə İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları Azərbaycandan olan həmkarları ilə qarşılıqlı fəaliyyət şəraitində Yekaterinoslavka yaşayış məntəqəsində 40 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.
"Report" DİN-in Amur vilayəti üzrə İdarəsinin saytına istinadən xəbər verir ki, saxlanılan şəxs xeyli miqdarda ziyan vurmaqla fırıldaqçılıq hərəkətlərində ittiham olunur.
Sözügedən vətəndaş hüquq-mühafizə orqanlarından Rusiya Federasiyası ərazisində gizlənib.
Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı axtarışda olan şəxsin yerini müəyyən edərək onu tutublar.
Hazırda vətəndaş müvəqqəti saxlanma təcridxanasındadır. Onun vətəninə ekstradisiyası məsələsinə baxılır.