Rusiya Azərbaycan və Qazaxıstan XİN ilə aviaqəza versiyası barədə danışıqlar aparmayıb

Rusiya Azərbaycan və Qazaxıstan XİN ilə aviaqəza versiyası barədə danışıqlar aparmayıb Rusiya Xarici İşlər Nazirliyi Aktaudakı təyyarə qəzasının versiyalarının hazırlanması ilə bağlı Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri ilə heç bir danışıqlar aparmayıb.
Hadisə
27 Dekabr , 2024 17:38
Rusiya Azərbaycan və Qazaxıstan XİN ilə aviaqəza versiyası barədə danışıqlar aparmayıb

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Aktaudakı təyyarə qəzası versiyaları ilə bağlı Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri ilə heç bir danışıqlar aparmayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ölkə XİN-in bəyanatına istinadən məlumat yayıb.

"NATO ölkələrində olan xarici agentlərin təşəbbüsü ilə sosial şəbəkələrdə Rusiya XİN-in Mərkəzi Aparatının yüksək vəzifəli əməkdaşlarının guya Azərbaycan və Qazaxıstan XİN nümayəndələri ilə 2024-cü il dekabrın 25-də Aktau şəhərində baş vermiş təyyarə qəzasının versiyaları ilə bağlı danışıqlar aparması barədə feyk məlumat yayılır. Adı çəkilən ölkələrin XİN rəhbərləri ilə bu barədə heç bir danışıqlar aparılmayıb", - nazirlikdən bildirilib.

"Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş dayanır. İnsanların faciəsi üzərində piar etmək cəhdlərini ləyaqətsiz və qəbuledilməz hesab edirik", - nazirlikdən qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi