Qərargah rəisi: "FHN Türkiyədə zəlzələ bölgəsində qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirib"

Hadisə
  • 02 mart, 2023
  • 13:31
Qərargah rəisi: FHN Türkiyədə zəlzələ bölgəsində qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirib
Asif Məmmədli

Fövqəladə Hallar Nazirliyi Türkiyədə zəlzələ bölgəsində qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirib.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-nin xüsusi riskli xilasetmə xidmətinin qərargah rəisi polkovnik Asif Məmmədli deyib.

O bildirib ki, axtarış-xilasetmə işləri çərçivəsində 53 nəfəri dağıntılar altından sağ çıxarıblar ki, onlardan 17-si uşaq olub: "Həmçinin qruplarımız dağıntılar altından 174-ü uşaq olmaqla 780 meyit tapıb".

Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən FHN-nin çevik xilasetmə qüvvələrinin daha 236 nəfərlik qrupu Vətənə qayıdıb.

44 filmi