Qusar rayonunda ölümlə nəticələnən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, "Nissan Patrul" markalı avtomaşının sürücüsü, 1982-ci il təvəllüdlü Əziz Əliyev və onun qızı Adel Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma davam etdirilir.
Qusarda dumanlı hava şəraiti ölümlə nəticələnən qəzaya səbəb olub.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Qusar-Şahdağ avtomobil yolunda baş verib.
Belə ki, hava şəraitinin dumanlı olması səbəbdən “Nissan Patrul” markalı minik avtomobili ötmə əməliyyatı edərkən idarəetməni itirərək hərəkətdə olan “Mercedes Viano” markalı sərnişin mikroavtobusuna dəyib, daha sonra isə yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı Bakı şəhər sakini, 2014-cü il təvəllüdlü Ə.Z. hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.