Qubada minik maşınında kişi və qadın yanaraq ölüb - FOTO - VİDEO - YENİLƏNİB-2

Qubada minik maşınında kişi və qadın yanaraq ölüb - FOTO - VİDEO - YENİLƏNİB-2 Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
7 İyul , 2017 13:45
Qubada minik maşınında kişi və qadın yanaraq ölüb - FOTO - VİDEO - YENİLƏNİB-2
Report.az

Quba. 7 iyul. REPORT.AZ/ Quba rayonunun Hacıhüseynli kəndi yaxınlığında baş verən hadisə ilə bağlı Quba rayon prokuroru Valeh Səmədov ərazidə olub.

Quba Rayon Prolurorluğundan “Report”un Şimal bürosuna verilən məlumata görə, hazırda təcili-təxirəsalınmaz istintaq əməliyyatları aparılır: “Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi üzrə cinayət işi başlanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qəzada yanaraq həlak olan hər iki şəxsin kimliyini müəyyənləşdirmək üçün polis və məhkəmə tibbi ekspertləri birgə iş aparır. Ən yaxın zamanda qəzanın əsl səbəbləri və ölən şəxsləri kimliyi bəlli olacaq”.


*** saat 13:14

Video əlavə olunub


*** saat 12: 40

Quba. 7 iyul. REPORT.AZ/ Qudyalçayın Quba rayonunun Hacıhüseynli kəndi yaxınlığından keçən hissəsində çayın üzərindəki körpünün altında yanmış "VAZ 21 06" markalı avtomobil tapılıb.

"Report"un Şimal bürosunun xəbərinə görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili yardım cəlb olunub.

Məlum olub ki, avtomobildə olan qadın və kişi yanaraq ölüb. Hadisənin baş verməsinin səbəbləri bəlli deyil. Ölən şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi