Qubada gənc oğlan at arabasının altında qalıb

Hadisə
  • 13 noyabr, 2016
  • 11:02
Qubada gənc oğlan at arabasının altında qalıb

Quba. 13 noyabr. REPORT.AZ/ Quba rayonunda 30 yaşlı gənc arabanın altında qalıb.

"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Alekseyevka kənd sakini, 1986-cı il təvəllüdlü Quliyev Şahin Şamil oğlu bağdan meyvə daşıyarkən, ata qoşulmuş arabanın altında qalıb.

Quba Mərkəzi Rayon Xəstəxanasından "Report"a verilən məlumata görə, yaralı "qarının küt travması, sağ qaş üstü nahiyəsinin cırılmış - əzilmiş yaraları" diaqnozu ilə qəbul olunub, hal-hazırda Cərrahiyyə şöbəsində əməliyyat olunur.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.