Qubada alışqanla qorxutma yolu ilə quldurluq edilib
Hadisə
- 26 oktyabr, 2016
- 08:20
Bakı. 26 oktyabr. REPORT.AZ/ Quba rayonunda oğru tapança görünüşlü əşya ilə mağaza satıcılarına qarşı hədə-qorxu gələrək quldurluq edib.
"Report"un xəbərinə görə, hadisə Birinci Nügədi kəndi ərazisində qeydə alınıb.
Burada mağazaya daxil olan naməlum şəxs satıcı işləyən Elvin Musayevi və Rövşən Abbasovu tapançaya oxşar əşya ilə hədələyib və kassadan 100 manat pul aparıb.
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törədən Birinci Nügədi kənd sakini 48 yaşlı Murad Qonaqbəyov tutulub.
Araşdırmalar zamanı M.Qonaqbəyovun hadisəni törədərkən istifadə etdiyi əşyanın tapança görünüşlü alışqan olması müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
Son xəbərlər
22:35
"Qarabağ"ın Çempionlar Liqasında məğlub etdiyi klub yeni baş məşqçisini açıqlayıb
Futbol22:26
Foto
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
İnfrastruktur22:22
Azərbaycanlı diplomat BMT-də: Beynəlxalq hüquq prinsipləri hamıya bərabər şəkildə tətbiq olunmalıdır
Xarici siyasət22:17
Qızıl fyuçerslərinin qiyməti bir unsiya üçün 4 850 dollardan aşağı düşüb
Maliyyə21:54
Putin Kremldə Laricani ilə görüşüb
Region21:48
Tramp: ABŞ İrana Venesueladakından daha böyük qüvvə göndərir
Digər ölkələr21:44
"Bloomberg": Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketində dəniz daşıma xidmətlərini qadağan edəcək
Digər ölkələr21:34
Foto
Monteneqronun turizm naziri: İnanırıq ki, Azərbaycanın investisiyaları davam edəcək
Xarici siyasət21:30