Qobustanda yol qəzası baş verib, xəsarət alanlar var - FOTO
- 18 noyabr, 2017
- 09:15
Qobustan. 18 noyabr. REPORT.AZ/ Qobustan rayonunda yol qəzası baş verib.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 82-ci kilometrliyində, Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Göyçay rayon sakini Rəşad Mustafayevin idarə etdiyi "Chevrolet" markalı minik avtomobili yoldan çıxaraq beton plitəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Göyçay rayon sakini Gülnar Məhəmməd qızı Mustafayeva, onun övladı, 2009-cu il təvəllüdlü Nihad Rəşad oğlu Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onların vəziyyəti kafidir.
Qəzaya qatı dumanın səbəb olduğu bildirilir.
Faktla bağlı araşırma aparılır.