QMİ-nin sabiq sektor müdiri Ali Məhkəməyə müraciət edib

QMİ-nin sabiq sektor müdiri Ali Məhkəməyə müraciət edib Kassasiya şikayəti Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın icraatına verilib
Hadisə
24 İyul , 2017 17:20
QMİ-nin sabiq sektor müdiri Ali Məhkəməyə müraciət edib
Report

Bakı. 24 iyul. REPORT.AZ/ Dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

"Report"un məlumatına görə, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın icraatındadır.

Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq. 

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan E.Mustafaoğlu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmə E.Mustafaoğlunun apellyasiya şikayətini təmin etməyib.

Son xəbərlər

Orphus sistemi