"Qırmızı işıqda" keçən və sərnişinlərin həyatını təhlükəyə atan iki avtobus sürücüsü saxlanılıb

"Qırmızı işıqda" keçən və sərnişinlərin həyatını təhlükəyə atan iki avtobus sürücüsü saxlanılıb Abşeron rayonu ərazisində sfetaforun qırmızı işığından keçən, sərnişinlərin həyatını təhlükəyə atan iki avtobus sürücüsü saxlanıldı
Hadisə
29 Avqust , 2024 16:46
Qırmızı işıqda keçən və sərnişinlərin həyatını təhlükəyə atan iki avtobus sürücüsü saxlanılıb

Abşeron rayonu ərazisində svetoforun qırmızı işığından keçən və sərnişinlərin həyatını təhlükəyə atan iki avtobus sürücüsü saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, “İsuzu” markalı 10-TG-026 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü, sərnişin daşıma fəaliyyəti ilə məşğul olan Quliyev Kəmaləddin Yavər oğlu və “İsuzu” markalı 90-RB-533 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü sərnişin daşıma fəaliyyəti göstərən Rəcəbov Firdovsi Abgül oğlu sərnişin dolu avtobusla həm özlərinin həmdə digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına ataraq nizamlayıcının qırmızı işığından keçib.

Bu səbəbdən DYP-yə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb və qayda pozuntusu ilə bağlı hər iki sürücü barəsində qanuni tədbirlər görülüb.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilədə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək onlara hərəkət zamanı qaydaları ciddi şəkildə riayət etməyə, özləri ilə yanaşı sərnişinlərində həyat və sağlamlığına cavabdeh olduqlarını unutmamağa çağırırıq", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi