Qərb bölgəsində güclü külək və yağıntılı hava şəraiti fəsadlar törətdi
Hadisə
- 09 may, 2021
- 17:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qeyri-sabit hava şəraiti Azərbaycanın qərb bölgəsində bir sıra fəsadlar törədib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, güclü külək nəticəsində Gəncə şəhərində bir neçə ağac aşıb. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb.
Eyni zamanda bir neçə fərdi evin dam örtüyü zərər görüb, bəzi yaşayış massivlərinə qazın verilməsi dayandırılıb.
Qazax rayonunda dolu və güclü yağış yağıb. Nəticədə meyvə ağaclarına və əkin sahələrinə qismən ziyan dəyib. Analoji vəziyyət Daşkəsən, Gədəbəy və Göygöl rayonunda da müşahidə olunur.
Hazırda bölgədə küləkli və yağıntılı hava şəraiti davam edir.
Qərb bölgəsində güclü külək və yağıntılı hava şəraiti fəsadlar törətdi
Son xəbərlər
09:41
"Yelo Invest"in yeni imkanı ilə portfelini daha yaxşı tanı!
Maliyyə
09:41
Foto
"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır
İnfrastruktur
09:35
"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında son oyununu keçirəcək
Futbol
09:32
İpoteka müraciətləri "SİMA İmza"nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
İKT
09:32
Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava
Digər
09:29
Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
Energetika
09:28
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
Fərdi
09:28
Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib
Daxili siyasət
09:22
Azərbaycan Premyer Liqası: Turun açılış oyununda "Sabah" "Turan Tovuz"la üz-üzə gəlir
Futbol