Qəbələdə şəhid övladlarının iştirakı ilə ümumrespublika birinciliyi keçirilib

Qəbələdə şəhid övladlarının iştirakı ilə ümumrespublika birinciliyi keçirilib Qəbələ rayonunda 60 şəhid övladının iştirakı ilə "Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika Birinciliyinin final mərhələsi keçirilib. 
Hadisə
28 İyun , 2022 11:57
Qəbələdə şəhid övladlarının iştirakı ilə ümumrespublika birinciliyi keçirilib

Qəbələ rayonunda 60 şəhid övladının iştirakı ilə "Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika Birinciliyinin final mərhələsi keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbir 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar və Təhsil nazirliklərinin təşkilatçılığı, FHN İşçilərinin Həmkarlar İttifaqının, Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

Mərasimdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, Xalq artisti Nurəddin Mehdixanlı, Audiovizual Şuranın üzvü Telli Pənahqızı və digər şəxslər iştirak ediblər.

Dövlət himninin səsləndirilməsindən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışçılar ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ordu quruculuğunu, milli hərbi kadrların hazırlanmasını, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxladığını vurğulayıblar. Qeyd olunub ki, bu mütərəqqi siyasət dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Rəşadətli Ordunun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyü bərpa olunub, haqq-ədalət öz yerini tapıb. Vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, qazilərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranları və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhid ailələrinə hədiyyələr təqdim olunub. Həmçinin şəhid Məmmədiyə Məhəmməd oğlu Cabbarzadənin övladı Əli Cabbarzadənin doğum günü münasibətilə tort kəsilib və hədiyyə təqdim olunub.

Daha sonra tədbir milli vətənpərvərlik ruhunda konsert proqramı ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi