Qəbələdə 23 yaşlı qız tüfəngdən atəş açaraq intihar edib

Hadisə
  • 28 aprel, 2022
  • 12:57
Qəbələdə 23 yaşlı qız tüfəngdən atəş açaraq intihar edib

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Nohurqışlaq kəndində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Aysun Valeh qızı Ədilova yaşadığı ünvanda təklüləli ov tüfəngindən ürək nahiyəsinə atəş açaraq intihar edib.

23 yaşlı A.Ədilovanın hansı səbəbdən özünü öldürməsi məlum deyil.