Qazaxıstanın hakim partiyasının rəsmi loqotipi latın hərflərlə yazılıb
- 27 fevral, 2019
- 12:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 fevral. REPORT.AZ/ Qazaxıstanın hakim Nur Otan Partiyasının hazırda Astanada keçirilən XVIII qurultayında partiyanın yeni rəsmi loqotipi təqdim olunub.
“Report” “Khabar24”ə istinadən xəbər verir ki, partiya sədrinin birinci müavini Mövlan Əşimbayev tərəfindən təqdim olunan loqotipdə partiyanın latın hərflərlə adı partiya sədri, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən şəxsən yazılıb.
Xatırladaq ki, Qazaxıstan Prezidenti 2017-ci ilin oktyabr ayında ölkənin kiril hərflərindən latın hərflərinə keçməsi barədə sərəncam imzalayıb. Sənədə görə, 2025-ci ilədək dövlət dilinin latın hərflərinə keçirilməsi məqsədilə xüsusi komissiya yaradılır. Artıq ölkənin bəzi media qurumları latın hərflərlə yayınlanır.