AZAL-a məxsus təyyarədə oksigen balonunun partlaması barədə məlumat saat 10:53-də Rostov uçuş rəhbərindən daxil olub.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL-a məxsus təyyarədə oksigen balonunun partlamasına dair iddialarla bağlı açıqlamasında bildirib.
"Belə ki, Rostov aeroportunun uçuş rəhbəri Aktau qülləsinin uçuş rəhbərinə təyyarənin sərnişin salonunda oksigen balonunun partladığı, sərnişinlərin huşunu itirdiyi barədə əlavə məlumat verib və gəliş zamanı reanimasiya xidməti istəyib", - nazirlik qeyd edib.
Nəqliyyat Nazirliyinin dəqiqləşdirməsində bildirilib ki, bu məlumat əsasında bütün xilasetmə xidmətləri dərhal məlumatlandırılıb.
Nazirlikdən qeyd edilib ki, dekabrın 26-da keçirilən brifinqində hadisələrin xronologiyası Rostov aeroportunun uçuş rəhbərinin məlumatları əsasında səsləndirilib.