Qazaxda dolu bir sıra fəsadlar törədib, elektrik enerjisinin verilişi dayandırılıb

Qazaxda dolu bir sıra fəsadlar törədib, elektrik enerjisinin verilişi dayandırılıb Təsərrüfata və əkin sahələrinə, həmçinin meyvə ağaclarına ciddi ziyan dəyib
Hadisə
20 İyun , 2017 20:31
Qazaxda dolu bir sıra fəsadlar törədib, elektrik enerjisinin verilişi dayandırılıb

Qazax. 20 iyun. REPORT.AZ/ Qazax rayonuna yağan dolu bir sıra fəsadlar törədib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, bu gün saat 19:55-dən başlayaraq yağan dolunun diametri təxminən 5-7 sm olub. Hazırda rayon mərkəzində və rayon mərkəzinə yaxın kəndlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Təsərrüfata və əkin sahələrinə, həmçinin meyvə ağaclarına ciddi ziyan dəyib. Yağıntı zamanı nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Hava şəraitinin yaratdığı fəsadlar nəticəsində rayona dəymiş ziyan haqqında hələlik məlumat yoxdur.

Qeyd edək ki, bu gün günorta saatlarından başlayaraq qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Daşkəsən, Göygöl, Gəncənin Hacıkənd qəsəbəsi, Tovuz, Ağstafa və Şəmkir rayonlarında da yağan leysan və dolu fəsadlar yaradıb. 

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.

Son xəbərlər

Orphus sistemi