Qaxda sahibsiz it sakinlərə hücum edib: 6 yaralı - FOTO - VİDEO - YENİLƏNİB

Qaxda sahibsiz it sakinlərə hücum edib: 6 yaralı - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
4 Yanvar , 2020 15:42
Qaxda sahibsiz it sakinlərə hücum edib: 6 yaralı - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 12:00 

Qaxda sahibsiz it sakinlərə hücum edib.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Qax şəhəri ərazisində quduz olduğu ehtimal olunan sahibsiz it qarşısına çıxan 6 nəfərə hücum edib.
Nəticədə Qax sakinləri - 1971-ci il təvəllüdlü Rəsul Saleh oğlu Mürsəlov, 1964-cü il təvəllüdlü Eldar Məhərrəm oğlu Əliyev, 1983-cü il təvəllüdlü Şaban Adışirin oğlu Qəniyev, 2002-ci il təvəllüdlü Aysun Müşviq qızı Əzməmmədli və daha 2 nəfər xəsarət alıblar. 

İt dişləməsi diaqnozu ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olan 6 nəfər quduzluq əleyhinə peyvənd olunub. 

Məlumata görə, quduz olduğu ehtimal edilən it sakinlərə hücum etdikdən sonra naməlum istiqamətə gedib.

Son xəbərlər

Orphus sistemi