Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb

Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb Qax rayonu Zəyəm kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən motosikletin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Hadisə
137
30 Aprel , 2022 11:27
Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb

Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qax rayonu Zəyəm kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən motosikletin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin zərərçəkmişin həmkəndlisi və iş yoldaşı Qurban Qurbanlı olduğu müəyyən edilib. O, əməlini etiraf edib və oğurladığı motosikleti Bakı şəhərinə apararaq orada 600 manata satdığını bildirib.

Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə həmin nəqliyyat vasitəsinin paytaxtdan Gəncə şəhərinə satıldığı məlum olub və oradan götürülərək istintaqa təqdim edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi