Yuxarı

Qaxda güclü külək və yağış fəsadlar törədib - FOTO

Qaxda güclü külək və yağış fəsadlar törədib - FOTO
Rayonun Qıpçaq kəndində evlərə ziyan dəyib
© Report

Qax. 18 iyun. REPORT.AZ/ Qax rayonunda ötən gün axşam saatlarından əsən güclü və onunla müşaiyət olunan yağış fəsadlar törədib. 

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, rayonun Qıpçaq kəndində bir neçə tikilinin dam örtüyü uçub, iri gövdəli ağaclar avtomobil yollarına aşıb. 

Bundan başqa, taxıl sahələrinə də ziyan dəyib. 

Qax Rayon İcra Hakimiyyətinin Qıpçaq kəndi üzrə icra nümayəndəsi Şahin Xurşudov "Report"a bildirib ki, ərazidən nümayəndəliyə 5 müraciət daxil olub və tədbirlər görülüb: “Gecə saatlarından etibarən yollara aşmış ağaclar kəsilərək ərazi təmizlənib. Külək nəticəsində kəndin elektrik enerjisi ilə təchizatına da ziyan dəyib, işıq sönüb. Hazırda qəza baş verən yerlərdə bərpa işləri görülür”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi