Qaxda ağır yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Qaxda ağır yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 iyun 2025 12:54
Qaxda ağır yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Qaxda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 3 avtomobilin toqquşması nəticəsində “VAZ-2106”nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov, sərnişinləri - 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı Qalib İsmayılov, eləcə də “Honda”da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

11:58

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Honda", "Hyundai" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər ağır xəsarət alıb.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Son xəbərlər

Orphus sistemi