​Qaradağda avtomobilin mikroavtobusla toqquşması nəticəsində yaralanan şəxslərin adları məlum olub - YENİLƏNİB

​Qaradağda avtomobilin mikroavtobusla toqquşması nəticəsində yaralanan şəxslərin adları məlum olub - YENİLƏNİB Xəsarət alan şəxslər 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər
Hadisə
6 Noyabr , 2014 17:11
Bakı. 6 noyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində baş vermiş avtomobil qəzası nəticəsində 2 nəfər xəsarət alıb. "Report"un xəbəbrinə görə, xəsarət alan şəxslər 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. Bunlar "VAZ 2106" markalı avtomobilin sürücüsü - 1953-cü il təvəllüdlü Rəfael Əkbərov və sərnişin - 1962-ci il təvəllüdlü Şükufə Məmmədovadır.

Qeyd edək ki, qəza eyni istiqamətdə hərəkət edən "VAZ 2106" və "Mersedes Sprinter" markalı mikroavtobusun toqquşması zamanı baş verib. "VAZ 2106" markalı avtomobildə qaz balonu olduğundan, ərazidə partlayış baş verməsi ehtimalı yaranıb. Bu səbəbdən qəza baş verən ünvana FHN-nin əməkdaşları cəlb olunub. Patlayış təhlükəsinin qarşısı alınıb.

ilk xəbər saat 15:41-də verilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində avtomobil qəzası olub. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qəza eyni istiqamətdə hərəkət edən "VAZ 2106" və "Mersedes Sprinter" markalı mikroavtobus toqquşması zamanı baş verib. Avtomaşınlar yanacaqdoldurma məntəqəsinin qiymətlər olan lövhəsinə də çırpılıblar. "VAZ 2106" markalı avtomobildə qaz balonu olduğundan, ərazidə partlayış baş verməsi ehtimalı yaranıb. Bu səbəbdən qəza baş verən ünvana FHN-nin əməkdaşları cəlb olunub. Hadisə yerində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi