Qalada avtomobillə vurulan 10 yaşlı uşağın ayağı sınıb

Hadisə
  • 12 oktyabr, 2023
  • 22:14
Qalada avtomobillə vurulan 10 yaşlı uşağın ayağı sınıb

Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Qala qəsəbəsində avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Həmzətli Mələk Mehman qızını vurub.

Yaralı azyaşlı ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.