Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb

Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb Mayın 12-də 1997-ci il təvəllüdlü Ayşən Bayramovanın mayın 8-də Sumqayıt şəhəri, 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il tə
Hadisə
233
13 May , 2022 09:37
Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb

Sumqayıtda gənc qızın qətli ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Report"a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 12-də 1997-ci il təvəllüdlü Ayşən Bayramovanın mayın 8-də şəhərin 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il təvəllüdlü Xalid Əmənovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ayşən Bayramovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xalid Əmənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi