Lerikdə meşədə başına ağac parçası dəyən şəxs öldü
Hadisə
- 22 iyul, 2020
- 06:42
İyulun 21-də saat 14 radələrində Lerik rayonu, Kekoni kənd sakini Səxavət Alışovun meşədə ağac kəsərkən xəsarət alaraq ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Lerik rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Səxavət Alışovun qonşuları ilə birlikdə meşədə ağac kəsərkən ağac parçasının baş nahiyyəsinə dəyməsi nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi müəyyən edilib.
Hazırda faktla bağlı Lerik rayon Prokurorluğunda araşdırma davam etdirilir.
Son xəbərlər
17:21
Avropanın aparıcı klubları fransalı futbolçu ilə maraqlanırlar
Futbol17:21
Nazirlik: Yeni model region teatrları da daxil olmaqla, 23 dövlət teatrında tətbiq olunacaq
Mədəniyyət17:13
Foto
Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə17:13
Neft Trampın İranla bağlı bəyanatından sonra bahalaşıb
Energetika17:13
Ukrayna XİN Macarıstan səfirinə etiraz bildirib
Digər ölkələr17:09
Foto
Ceyhun Bayramov çinli həmkarı ilə beynəlxalq prosesləri müzakirə edib - YENİLƏNİB-2
Xarici siyasət17:04
Qazaxıstan səfirinin həyat yoldaşı Bakı Beynəlxalq Qadınlar Klubuna prezident seçilib
Xarici siyasət17:00
Qarabağa avtobuslarla səfər edənlərin sayı təxminən 50 % artıb
İnfrastruktur16:49