Prokurorluq: Binəqədi və Sabunçuda baş vermiş intihar hadisələrilə bağlı cinayət işləri başlanıb

Prokurorluq: Binəqədi və Sabunçuda baş vermiş intihar hadisələrilə bağlı cinayət işləri başlanıb Hər iki iş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib
Hadisə
23 Noyabr , 2015 18:47
Prokurorluq: Binəqədi və Sabunçuda baş vermiş intihar hadisələrilə bağlı cinayət işləri başlanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı Şəhər Prokurorluğu paytaxtın Binəqədi və Sabunçu rayonlarında baş vermiş intihar hadisələrilə bağlı məlumat yayıb.

Prokurorluqdan "Report"a verilən məlumatda bildirilir ki, noyabrın 23-də saat 12 radələrində Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının yaxınlığında, 1981-ci il təvəllüdlü Malik Hüseynovun üzərinə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi, bundan başqa həmin gün saat 15 radələrində paytaxtın Bakıxanov qəsəbəsində, 1990-cı il təvəllüdlü Ayişə Dadaşovanın yaşadığı evin 19-cu mərtəbəsindən ataraq intihar etməsi faktlarına görə Binəqədi və Sabunçu rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanıb.

Hər iki iş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib və hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi