Bakıda şirkət əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb

Bakıda şirkət əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb Noyabrın 15-də paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsi 79 ünvanda “Təmizlik.az” şirkətinin işçisi Səid Hüseynlinin iş görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Hadisə
16 Noyabr , 2021 14:57
Bakıda şirkət əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb
0 : 00
0 : 00

Noyabrın 15-də paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsi 79 ünvanda “Təmizlik.az” şirkətinin işçisi Səid Hüseynlinin iş görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, yuxarıda adı çəkilən şirkətin işçiləri Rauf və Səid Hüseynlinin Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən hündürərtəbəli binanın 19-cu mərtəbəsində fasad şüşələrini silərkən kəndir ip qırılmış və Səid Hüseynli yıxılaraq ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi