Prokuror sosial şəbəkədə mübahisə etdiyi gənci döyən şəxsə cəza istəyib
Hadisə
- 16 oktyabr, 2017
- 10:58
Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Qorxmaz Sadıqovun cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında Q.Sadıqovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti prosesi oktyabrın 18-nə təyin olunub.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Sadıqov Qorxmaz Şahin oğlu sosial şəbəkədə mübahisə etdiyi Elnur Məmmədovu döyməkdə təqsirli bilinir.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunur.
Son xəbərlər
04:28
Tramp Venesuela hakimiyyətini terror təşkilatı kimi tanıyıb
Digər ölkələr04:14
Böyük fondların idarəçiləri 2026-cı ildə dünya iqtisadiyyatının artacağını gözləyirlər
Biznes03:57
Rusiya ABŞ ilə texnoloji sövdələşmədə Böyük Britaniyanı əvəz edə biləcəyini açıqlayıb
Region03:42
"Bloomberg": ABŞ Avropa İttifaqını İT şirkətlərinə tətbiq edilən vergilərə görə qisasla hədələyib
İKT03:21
BMT-dəki daimi nümayəndə: Azərbaycan milli səviyyədə rəqəmsal transformasiyanı strateji prioritet elan edib
Xarici siyasət02:51
NYT: ABŞ miqrantların saxlanılması üçün Quantanamodan istifadəni bərpa edib
Digər ölkələr02:18
Hyustonda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunacaq
Xarici siyasət02:10
Almaniya "Patriot" HHM sistemlərinin Polşadan çıxarıldığını elan edib
Digər ölkələr01:43