Prokuror “Zaminbank”ın keçmiş filial müdirinə cəza istəyib

Hadisə
  • 23 iyun, 2017
  • 10:55
Prokuror “Zaminbank”ın keçmiş filial müdirinə cəza istəyib

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramov və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında M.Bayramovun 11 il 6 ay, Mübariz Gözəlovun 9 il, Vasif Həsənovun 5 il, Nalə İsgəndərovanın 4 il, Mehriban İsmayılovanın 4 il, Nuranə Kərimli Qədirlinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.

Qeyd edək ki, “Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş M.Bayramov və digərləri sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda - 1 milyon 800 manat pulu mənimsəməkdə təqsirli bilinir. Daha sonra 41 min 300 manat ödənilib.

O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

M.Bayramovdan başqa 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilməyib.

44 filmi