Polis qadına qarşı soyğunçuluq edən şəxsi saxlayıb
- 18 oktyabr, 2018
- 11:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində soyğunçuluq edən şəxsi polis yaxalayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 17-də axşam saatlarında Nizami rayon Polis idarəsinin Post-patrul xidməti bölüyünün əməkdaşı, polis baş serjantı Atakişi Quliyev xidmətdən kənar vaxtı Ə.Vəliyev küçəsindəki binaların birinin girişində bir nəfərin qadına zor tətbiq edərək pulqabısını götürüb aradan çıxdığını görüb, cəld onu təqib edərək saxlayıb.
Soyğunçuluqda şübhəli bilinən şəxs 25-ci Polis şöbəsinə təhvil verilib.
Araşdırmalarla onun Şabran rayon sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Umayev olduğu, zorla həmin qadının içərisində pulu və sənədi olan pulqabısını əldə etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.