Polis pişiyin ayaqlarının kəsilməsi ilə bağlı araşdırmalara başladı

Polis pişiyin ayaqlarının kəsilməsi ilə bağlı araşdırmalara başladı Xaçmazda pişiyin üç ayağının kəsilməsi ilə bağlı Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalar aparılır
Hadisə
22 Aprel , 2021 11:24
Polis pişiyin ayaqlarının kəsilməsi ilə bağlı araşdırmalara başladı

Xaçmazda pişiyin üç ayağının kəsilməsi ilə bağlı Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalar aparılır.

“Report”un xəbərinə görə, hazırda RPŞ-də heyvana qarşı rəhimsiz rəftar göstərən şəxsin müəyyən olunması istiqamətində aktiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən həftə sosial şəbəkələrdə Xaçmazda pişiyin 3 ayağının kəsilməsi ilə bağlı videogörüntülər yayılıb. Yayılan məlumata görə, bu əməli qəssab pişiyin ona məxsus əti yeməsinə görə törədib.

Son xəbərlər

Orphus sistemi