Penitensiar xidmət: Fəxrəddin Abbasov Şuşanın azad olunmasından dərin psixoloji sarsıntı keçirərək intihar edib

Penitensiar xidmət: Fəxrəddin Abbasov Şuşanın azad olunmasından dərin psixoloji sarsıntı keçirərək intihar edib Penitensiar Xidmət  Fəxrəddin Abbasovun intiharı ilə bağlı məlumat yaydı
Hadisə
7718
13 Noyabr , 2020 16:04
Penitensiar xidmət: Fəxrəddin Abbasov Şuşanın azad olunmasından dərin psixoloji sarsıntı keçirərək intihar edib
Fəxrəddin Abbasov
0 : 00
0 : 00

"Noyabrın 9-da Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Fəxrəddin Abbasov saxlanıldığı kamerada intihara cəhd edib, həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirilib. İlkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".

Bu barədə “Report”a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Qeyd edilib ki, F.Abbasov həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks-hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılayıb, Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirib və özünə qəsd etməyə əl atıb.

"Qeyd ediliməlidir ki, Fəxrəddin Abbasov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək dövlətə xəyanət etdiyinə, ölkəmizin ərazi bütövlüyünə qarşı, milli ədavətin qızışdırılmasına yönəlmiş cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrum edilib.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır", - xidmətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi