Paytaxtda köməksiz vəziyyətdə qalan dörd nəfər xilas edilib

Hadisə
  • 17 noyabr, 2014
  • 04:46
Paytaxtda köməksiz vəziyyətdə qalan dörd nəfər xilas edilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakı şəhərində köməksiz vəziyyətdə qalan dörd nəfər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumata görə, şəhərin Suraxanı rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

FHN-in xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Xilasedicilər liftin qapısını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Digər hadisə Bakının Yasamal rayonunda baş verib. Mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanan vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti