Ötən il cinayət törədən gənclərin sayı açıqlanıb

Ötən il cinayət törədən gənclərin sayı açıqlanıb 2021-ci ildә 21 206 nәfәr cinayәt törәtmiş şәxs aşkar olunub, onların da 6 305 nәfәri vә ya 29,7 faizi 14-29 yaşda olan gәnclәrdir.
Hadisə
28 Sentyabr , 2022 13:57
Ötən il cinayət törədən gənclərin sayı açıqlanıb

2021-ci ildә 21 206 nәfәr cinayәt törәtmiş şәxs aşkar olunub, onların da 6 305 nәfәri vә ya 29,7 faizi 14-29 yaşda olan gәnclәrdir.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, cinayәt törәtmiş 14-29 yaşda olan gәnclәrin 42,5 faizi ictimai tәhlükәsizlik vә ictimai qayda әleyhinә, 28,7 faizi iqtisadi sahәdә, 26,0 faizi şәxsiyyәt әleyhinә, 2,8 faizi isә cinayәti digәr sahәlәrdә törәtmişlәr.

2020-ci ilә nisbәtәn 2021-ci ildә gәnclәr tәrәfindәn törәdilәn cinayәtlәrin ümumi sayından
soyğunçuluq 34,1 faiz, quldurluq 24,3 faiz, qәsdәn adam öldürmә vә adam öldürmәyә cәhd 23,1 faiz, qәsdәn sağlamlığa ağır zәrәr vurma 20,2 faiz, zorlama vә zorlamaya cәhd 16,7 faiz, xuliqanlıq isә 9,8 faiz azalma ilә müşahidә olunub.

Son xəbərlər

Orphus sistemi