Ötən il Azərbaycanın hüquq-mühafizə orqanlarında açılan cinayət işlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanın hüquq-mühafizə orqanlarında açılan cinayət işlərinin sayı açıqlanıb Ötən il Azərbaycanın hüquq mühafiə orqanlarında açılan cinayət işlərinin sayı açıqlanıb.
Hadisə
24 Yanvar , 2022 11:45
Ötən il Azərbaycanın hüquq-mühafizə orqanlarında açılan cinayət işlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanın hüquq-mühafizə orqanlarında açılan cinayət işlərinin sayı açıqlanıb.

"Report"un xəbərinə görə, Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib ki, Daxili İşlər Nazirliyi (DİN) 18 072, Ədliyyə Nazirliyi (ƏN) 619, Dövlət Gömrük Komitəsi (DGK) 159, Dövlət Vergi Xidməti (DVX) 624, Dövlət Təhlükəsizlik Xidməti (DTX) 99, Dövlət Sərhəd Xidməti (DSX) 184 və Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 54 cinayət işi başlanılıb.

O deyib ki, DİN-də 12 305, ƏN-də 408, DGK-də 93, DVX-dən 103, DTX-də 40, DSX-də 69 və FHN-də 2 cinayət işi yekunlaşdırılaraq məhkəmələrə göndərilib.

K.Əliyev diqqətə çatdırıb ki, DİN-də 4 542, ƏN-də 129, DGK-də 8, DVX-də 184, DTX-də 2, DSX-də 1 və FHN-də 39 cinayət işinə xitam verilib.

“Daxili İşlər Nazirliyində 5 394, Ədliyyə Nazirliyində 330, Dövlət Gömrük Komitəsində 64, Dövlət Vergi Xidmətində 704, Dövlət Təhlükəsizlik Xidmətində 55, Dövlət Sərhəd Xidmətində 85 və Fövqəladə Hallar Nazirliyində isə 3 cinayət işi istintaqı dayandırılıb”, - Baş prokuror vurğulayıb.

Son xəbərlər

Orphus sistemi