Ötən il Azərbaycan Ali Məhkəməsində baxılan işlərin sayı açıqlanıb

Ötən il Azərbaycan Ali Məhkəməsində baxılan işlərin sayı açıqlanıb 2015-ci ildə Ali Məhkəmədə 9404 işə baxılıb
Hadisə
22 Yanvar , 2016 14:21
Ötən il Azərbaycan Ali Məhkəməsində baxılan işlərin sayı açıqlanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Ötən il Ali Məhkəmədə baxılan işlərin sayı açıqlanıb.

"Report" xəbər verir ki, 2015-ci ildə Ali Məhkəmədə 9404 işə baxılıb.

Yanvarın 22-də Ramiz Rzayevin sədrliyi ilə keçirilən Ali Məhkəmənin növbəti Plenumunda qeyd edilib ki, məhkəmənin mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında 2015-ci ildə baxılan işlərin sayı 2014-cü illə müqayisədə artıb. Mülki kollegiyada 15,2 faiz, inzibati-iqtisadi kollegiyada 3,7 faiz, cinayət kollegiyasında 1,6 faiz artım müşahidə olunub. Hərbi kollegiyada isə baxılan işlərin sayı 17,2 faiz azalıb.

Ümumiyyətlə, Ali Məhkəmədə 2014-cü ildə 8668 işə baxılıbsa, 2015-ci ildə bu rəqəm 9404 olub, yəni 8,5 faiz artıb. Baxılan işlərin sayının artmasına baxmayaraq, ləğv olunan məhkəmə qərarlarının sayı 0,4 faiz azalıb.

2015-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılıb. Ali Məhkəmənin plenumunun 2015-ci ildə 5 iclası keçirilib, 12 qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi