Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib
Hadisə
- 25 noyabr, 2024
- 10:04
Azad olunan ərazilərdə noyabrın 18-dən 24-dək 10 tank əleyhinə mina, 203 piyada əleyhinə mina, 862 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1 457,4 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
Son xəbərlər
17:38
"Kruzeyro"nun hücumçusu Kayo Jorje karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər
Futbol17:38
Foto
Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb
Hadisə17:31
Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun rəsmi üzvü olub
Biznes17:31
Foto
IRENA Azərbaycanın "Qlobal Dəniz Külək Alyansı"na qoşulmasını təklif edib
Energetika17:28
Azərbaycan daha iki ölkədən günəbaxan toxumu tədarük etməyə başlayıb
ASK17:26
Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
İnfrastruktur17:24
Gündüz İsmayılov: Qarabağ zəfəri xaricdəki soydaşlarımızla dini-mənəvi bağlılığımızı gücləndirəcək
Diaspor17:23
"Barselona"nın yetirməsi Kristian Telyo karyerasını bitirib
Futbol17:21